Cəbrayıl Həsənov: Sonuncu dəfə 2-ci yeri 6 il əvvəl Bakıda tutmuşduq

ABŞ-ın Ayova ştatının eyni adlı şəhərində keçirilən dünya kubokunda 2-ci yer tutan sərbəst güləşçilərimiz bu gecə Vətənə qayıdıb. Allsport.az saytı xəbər verir ki, millizi Heydər Əliyev beynəlxalq hava limanında AGF rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, KİV və idmançıların ailə üzvləri qarşılayıblar. Yığmanın kapitanı Cəbrayıl Həsənov (79 kq) çıxışını belə dəyərləndirib:

“Final görüşündə ilk saniyələrdə fənd çıxışı etdim, 4 xal verməli olduqları halda, hakimlər 2 balla qiymətləndirdilər. Son saniyələrdə yenə 2 xallıq fənd işlətdim, xalı rəqibə verdilər. Yəni tək mən yox, bəzi komanda yoldaşlarımıza qarşı da haqsızlıq olundu. Bizim üçün bu, Avropa çempionatı öncəsi böyük uğurdur. Sonuncu dəfə 2-ci yeri 2012-cu ildə Bakıda tutmuşduq. Avropa çempionatında əlimizdən gələni etməyə çalışacağıq”.

Həmin kateqoriyadan