Çələbiyevlə Əlizadə hərbçilərin dünya oyunlarına yollanır

Oktyabrın 2-dən 12-dək Cənubi Koreyanın Munqyeonq şəhərində Hərbçilərin VI Dünya Oyunlarına start veriləcək. Allsport.az xəbər verir ki, ölkəmizi boks yarışlarında 7 idmançı təmsil edəcək.

Onların arasında dünya çempionu Cavid Çələbiyev (56 kq), Avropa çempionatının qalibi Salman Əlizadə (49 kq) kimi tanınmış idmançılar var. Heyətə əsasən Qətərdə keçiriləcək dünya çempionatına yollanmayan boksçular daxil edilib. Komandamız məşqçi Rauf Aydınovun rəhbərliyi altında sabah Cənubi Koreyaya yollanacaq.

49 kq: Salman Əlizadə
52 kq: Məsud Yusifzadə
56 kq: Cavid Çələbiyev
60 kq: Elvin İsayev
64 kq: Cavid Quliyev
75 kq: Kamran Şahsuvarlı
91 kq: Məhəmmədəli Tahirzadə

Həmin kateqoriyadan