Cəmşid 90 dəqiqə oynadı, komandası məğlub oldu

Türkiyə PTT 1-ci Liqasında 23-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəmşid Məhərrəmovun komandası – “Adanaspor” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Adana Dəmirspor”la qarşılaşıb. Adana derbisi Cəmşidin klubunun 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Məhərrəmov sonadək mübarizə aparıb.

Qeyd edək ki, “Adanaspor” hazırda 28 xalla 12-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan