Cəmşid Məhərrəmov baxdı, “Adanaspor” qalib gəldi

Türkiyə PTT 1-ci Liqasında 22-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəmşid Məhərrəmovun komandası – “Adanaspor” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma arenada “Samsunspor”la üz-üzə gəlib. Cəmşid Məhərrəmovun ehtiyat oyunçular skamyasından izlədiyi oyunda adanalılar 2:1 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, “Adanaspor” hazırda 28 xalla 11-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan