“Cənub” İK-in prezidenti: Ölkə çempionatında gənc boksçu Sürət Qarayevə ümidimiz böyükdür

“Cənub”lu boksçular qarşıdakı yarışlara hazırlaşırlar. İdman klubunun prezidenti Nurlan Əliyev allsport.az saytına verdiyi açıqlamada deyib ki, 19 yaşlı Sürət Qarayevə (91 kq) ümidlər böyükdür:

“Gənclər arasında klubların yarışda təmsilçilərimiz fərqləndilər. Ayın 18-də bizi növbəti turnir gözləyir. Boksçularımız baş məşqçisi Samir Həsənov rəhbərliyi ilə yüksət ovqatda hazırlaşırlar.

Sonra noyabrın 25-də ölkə çempionatı başlayacaq. Orada klubun gənc üzvü Sürət Qarayevdən çox şey gözləyirik. “Cənub”un kikboksçuları və karateçilərini də qarşıda ciddi yarışlar gözləyir”.

Həmin kateqoriyadan