Cəzalı olimpiya mükafatçımız: “Hazırda istirahətlə məşğulam”

«Ailə qurmuşam. Hazırda istirahətlə məşğulam ». Bunu allsport.az saytına açıqlamasında London Olimpiadasının bürünc mükafatçısı Valentin Xristov (56 kq) deyib. İstedadlı ağırlıqqaldıran məlum dopinq qalmaqalından sonra, cəzalanmış 18 idmançımızdan biri olub. Cari mövsümdən millidən kənarlaşan bolqar əsilli atlet, indi yüngül çalışmalarla kifayətləndiyini söyləyib:

«Yalnız həftədə 2 dəfə məşq edirəm. Ştanqı yerdən qaldırır, çiynimə qoyub, oturub-dururam. Yarışda çıxış etməyimizə icazə olmadığından, az çalışmaq məcburiyyətindəyəm. Gələn ilin aprelində cəzam bitəcək. Onda yığma komandaya qoşularaq, əsas məşqlərə başlayacağam. Qarşıda böyük hədəflərim var. Öncə dünya çempionatında uğurlu nəticə göstərməliyəm. Sonra sözümü Rio Olimpiadasında deməliyəm».

Həmin kateqoriyadan