Çağ­daş gü­lə­şi­mi­zin əvəzolunmaz si­ma­sı: Ca­van­şir Qur­ba­nov – 70!

Azərbaycan o nadir ölkələrdəndir ki, qədim və zəngin ənənələri olan güləşi sadəcə idman, mübarizə növü deyil, həm də milliliyin, ruhun, mənəvi dəyərlərin, ədalət və haqqın tərənnümçüsüdür. Tarixən Şərqlə Qərb arasında körpü olmuş Azərbaycanda bu bəşəri sərvəti qorumaqda güləşin əvəzsiz rolu və yeri var. Digər növlərlə müqayisədə, güləşçilərə daha böyük hüsn-rəğbətin və məhəbbətin bir kökü də buradan gəlir. Ancaq xalq dünyalar qədər sevdiyi bahadırlarına qarşı həmişə tələbkar olub, onlardan böyük fədakarlıq gözləyib. Çünki bu diyarda bir pəhləvan qələbəsi ilə bir orduya bərabər iş də görə bilir, onu sabaha – daha böyük zəfərlərə səsləyir. Həmişə də belədir. Bəşəriyyətin ən böyük idman təntənəsi olan olimpiya oyunlarından söz düşərkən, gözlər ilk növbədə bahadırlarımıza dikilir.
Bu milli idman növümüzün əksər elementlərini, fəndlər və mübarizə metodlarını əks etdirən sərbəst güləş dünyada Amerika güləşi kimi qəbul edilsə də, əslində, bunun tarixi çox qədim, Azərbaycana bağlıdır. Sadəcə, elmi sübutlarla bunu dünyaya isbatlamaq lazımdır. Milli güləşin elementlərinə Qobustan qayalarında, şifahi xalq və klassik ədəbiyyatda rast gəlinir. Güləşin qədimliyini sübut edən digər faktlardan biri, Azərbaycanda toy və bayram şənliklərində insanların özlərini sınayan xüsusi yerlər – Zorxanalardır.

Milli güləşin inkişaf etməsi, gənclərin sevimli məşğələsinə çevrilməsi bir tərəfdən öz irsimizi və ənənələrimizlə bağlıdırsa, digər tərəfdən sonradan meydana gələn peşəkar məktəblərlə əlaqədardır. Azərbaycanda sərbəst güləşin kütləviliyi 2-ci Cahan savaşından sonra başlayıb. «Qosturud» idman klubunun təşəbbüskarlarından və oradakı məşğələlərin iştirakçılarından olan Rza Baxşəliyev ölkəmizdə bu idman növünün banilərindən sayılır. Onun məktəbinin yetirmələri, dəfələrlə SSRİ çempionları və mükafatçıları – Musa Babayev, İbrahimpaşa və Muxtar Dadaşovlar, Sovetlər Birliyininin ilk dəfə qatıldığı olimpiya oyunları, Helsinki- 1952-də ya­rım­yün­gül çə­ki­də gümüş medal qazanan Rəşid Məmmədbəyovu misal gətirmək olar. Sonradan Azərbaycan sərbəst güləşində iz qoyan insanlar çoxdur. Bunlardan biri bu gün 70 yaşını qeyd edən Ca­van­şir Qur­ba­no­vdur. Çox­la­rı onu Gü­ləş fe­de­ra­si­ya­sı­nın vit­se-pre­zi­den­ti ki­mi ta­nı­yır. Am­ma mütəxəssisin id­man sa­hə­sin­də­ki fəa­liy­yə­ti­ni tək­cə bu­nun­la məh­dud­laş­dır­maq düz­gün ol­maz­dı. Azər­bay­ca­nın əmək­dar məşq­çi­si, id­man us­ta­sı, bey­nəl­xalq də­rə­cə­li ha­kim, Fəx­ri bə­dən tər­bi­yə­si və id­man xadimi, fəx­ri bə­dən tər­bi­yə­si və id­man iş­çi­si, xalq maa­ri­fi əla­çı­sı, MOK üz­vü pro­fes­sor Cavanşir Qur­ba­nov Azər­bay­can gü­lə­şi­nin in­ki­şa­fı sa­hə­sin­də­ki ço­xil­lik fəa­liy­yə­ti­ni yo­rul­ma­dan da­vam et­dir­mək­lə ya­na­şı, həm də “Tə­fək­kür” uni­ver­si­te­ti­nin bə­dən tər­bi­yə­si ka­fed­ra­sı­nın mü­di­ri ki­mi öl­kə­də tə­lə­bə id­ma­nı­nın, gənc­lə­ri­mi­zin hər­tə­rəf­li, har­mo­nik in­ki­şa­fı­na da zəh­mət pa­yı­nı qa­tır.

Cavanşir Kazım oğlu Qurbanov 6 dekabr 1947-ci ildə Bakı şəhərində anadan olub. O, id­ma­na er­kən yaş­la­rın­da, gü­lə­şə olan bö­yük sev­gi­si ilə gə­lib. İki gün­dən son­ra 7-ci onil­li­yi baş­la­na­caq bö­yük hə­yat yo­lu­nun gü­lə­şə həsr olun­muş his­sə­si uzun bir döv­rü əha­tə edir. Gü­ləş xal­ça­sı üzə­ri­nə ilk də­fə 1962-ci il­də Or­du İd­man Klu­bun­da çı­xan Ca­van­şir 4 il­dən son­ra ar­tıq id­man us­ta­sı nor­ma­sı­nı ye­ri­nə ye­ti­rib. Də­fə­lər­lə Azər­bay­can çem­pio­nu olub, Ümu­mit­ti­faq və bey­nəl­xalq tur­nir­lər­də mü­ka­fa­ta la­yiq yer tu­tub.
1972-ci il­də Xalq Tə­sər­rü­fa­tı İns­ti­tu­tu­nu (in­di İq­ti­sa­diy­yat Uni­ver­si­te­ti) bi­ti­rib. Am­ma özü­nü id­man­dan ay­rı tə­səv­vür et­mə­yən C.Qur­ba­nov id­man sa­hə­si üz­rə ali təh­sil al­maq üçün Bə­dən Tər­bi­yə­si ins­ti­tu­tu­na (in­di-ADB­Tİ­A) da­xil olub. Təh­si­li­ni da­vam et­dir­mək­lə ya­na­şı, Ba­kı Xalq Maa­ri­fi şö­bə­si­nin gü­ləş id­man mək­tə­bin­də məşq­çi, elə­cə də mək­tə­bin mü­di­ri və­zi­fə­sin­də ça­lı­şıb. Mək­tə­bə rəh­bər­lik et­di­yi 1990-cı ilə qə­dər ora­da sər­bəst gü­ləş üz­rə SSRİ, dün­ya və Av­ro­pa çem­pio­nu Xə­zər İsa­yev, yu­nan-Ro­ma gü­lə­şi üz­rə Av­ro­pa çem­pio­nu, dün­ya çem­pio­na­tı­nın gü­müş mü­ka­fat­çı­sı Na­tiq Ey­va­zov, Av­ro­pa çem­pio­na­tı­nın gü­müş mü­ka­fat­çı­sı Azad Əli­yev, gənc­lər ara­sın­da SSRİ bi­rin­ci­lik­lə­ri­nin qa­lib­lə­ri Tap­dıq İs­ma­yı­lov, Sey­mur Kə­ri­mov, Bay­ram Ab­dul­la­yev, Əf­qan Məm­mə­dov, Hə­mid Rə­su­lov, Bəh­ruz Məm­mə­dov ki­mi ta­nın­mış pəh­lə­van­lar ye­ti­şib. Onun özü­nün şəx­si məşq­çi­lik fəa­liy­yə­ti­nin məh­su­lu 10-a ya­xın id­man us­ta­sı və müx­tə­lif də­rə­cə­li id­man­çı­lar­dır. On­la­rın ara­sın­da 2003-cü ilin sər­bəst gü­ləş üz­rə bü­rünc mü­ka­fat­çı­sı, Afi­na olim­pia­da­sın­da 5-ci ol­muş Rüs­təm Ağa­ye­vi xü­su­si qeyd et­mək la­zım­dır.

Cavanşir Qurbanovla tanışlığım idman mətbuatına gəlişimizn ilk illərinə, 2002-ci ilə təsadüf edir. Bu işdə Gənclər və İdman Nazirliyinin o vaxtkı mətbuat katibi Raqif Abbasovun rolu olub. Onda federasiya əməli olaraq 1 saylı ETK-nın binasında yerləşirdi. Dərnəgülə yollanıb mütəxəssislə görüşdüm. Elə orda özəl, mühüm məlumat verdi. Dedi ki, qadın güləşi olimpiya proqramına salınıb. Sonradan çox söhbətlərimiz oldu. İsti münasibət dostluq əlaqəsinə çevrildi. 2009-2010-cu illərdə AGF-də birgə çalışdıq, daha yaxın olduq, birgə çox səfərə çıxdıq. Belə bir məsəl var: Dostunu yolda tanı. Ca­van­şir mü­əl­li­min gözəl insan və gözəl yol yoldaşı olmasını bir daha gördüm.

Onun fe­de­ra­si­ya­nın 1-ci vit­se-pre­zi­den­ti ki­mi fəa­liy­yət döv­rü Azər­bay­can gü­lə­şi­nin şan­lı sə­hi­fə­lə­ri­ni təş­kil edir. Bu il­lər ər­zin­də pəh­lə­van­la­rı­mız, 2 qı­zıl və 1 gü­müş ol­maq­la, 3 olim­pi­ya me­da­lı­na sa­hib olub­lar.
Ca­van­şir Qur­ba­no­vun əmə­yi­nə ve­ri­lən qiy­mət yu­xa­rı­da sa­da­la­dı­ğı­mız fəx­ri ad­lar­da öz ək­si­ni ta­pıb. Bey­nəl­xalq Gü­ləş Fe­de­ra­si­ya­sı da, öl­kə­miz­də gü­lə­şin in­ki­şa­fı­na ver­di­yi töh­fə­lə­rin əvə­zin­də, onu özü­nün qı­zıl me­da­lı­na la­yiq bi­lib. 2007-ci ildə Ba­kı­da ke­çi­ri­lən dün­ya çem­pio­na­tın­da o vaxtkı Fİ­LA pre­zi­den­ti Ra­fa­el Mar­ti­net­ti da­ha bir mü­ka­fa­tı – Se­na­tor­lar klu­bu­nun qı­zıl me­da­lı­nı ona təq­dim edib.
Pro­fes­sorvun id­man nə­zə­riy­yə­si və təd­ris me­to­di­ka­sı sa­hə­sin­də­ki ya­rı­dı­cı­lı­ğı da təq­di­rə­la­yiq­dir. İn­di­yə ki­mi onun qə­lə­min­dən 20-yə ya­xın el­mi mə­qa­lə və me­to­di­ki və­sa­it çı­xıb. Onun Azər­bay­can id­ma­nı­na la­zım olan əmə­yi hə­lə bun­dan be­lə də öz əvəz­siz bəh­rə­si­ni ve­rə­cək.

Cavanşir Qurbanovun 70 illik yubileyi mübasibəti və ölkə idmanında roluna görə ölkə başçısı İlham Əliyev onu “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Kamran HACI

Həmin kateqoriyadan