Canluka Sansone: “Neftçi”də ilk qolumu vurduğum üçün çox şadam

“Neftçi”nin hücumçusu Canluka Sansone açıqlama verib. Allsport.az saytı xəbər verir ki, italiyalı futbolçu “Sabah”la oyunda komandamızın heyətində qol hesabını açdığı üçün sevincini bölüşüb:

“Erkən qol vurduq deyə, oyunumuz asan alındı. “Neftçi”nin heyətində ilk qolumu vurduğum üçün çox şadam. Amma əsas odur ki, komandamız qələbə qazandı.

Həm öz göstəricimdən, həm də nəticədən razıyam. Davamını gətirməliyik. Belə oyun göstərməyə davam etməliyik”.

Həmin kateqoriyadan