Canni de Byazi millimizə namizəddir

Millinin baş məşqçisi vəzifəsinə namizədlərdən biri Canni de Byazidir. 

Allsport.az saytı xəbər verir ki, onunla AFFA arasında danışıq bu həftə olmalıdır. İtaliyalı həmkarlarımızın yazdığına görə, həlledici görüşdə 62 yaşlı mütəxəssis qarşı tərəfin şərtlərini qəbul etsə, təyinat gerçəkləşəcək.

O, 2011-2017-ci illərdə Albaniya yığmasında işləyib və bu komandanı tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə çıxarıb. Appeninli son olaraq İspaniya “Alaves”ini çalışdırıb.

Həmin kateqoriyadan