CAR-da Azərbaycan finalı və qoşa çıxışda qızıl medal

Badmintonçularımız CAR-ın paytaxtı Keyptaunda “South Africa International 2018” turnirində uğurla çıxış ediblər. Allsport.az saytı xəbər verir ki, təmsilçilərimiz kişilərin şəxsi yarışında mübarizəyə 1/16 final mərhələsindən start veriblər.

Edi Reski Dviçayo yarımfinalda Zambiya idmançısı Kalombo Mulenqaya da set vermədən qalib gəlib. O, həlledici görüşdə digər milli üzvü Ezmi Qovimuramadhoni ilə qarşılaşıb. Gərgin mübarizədə Edi komanda yoldaşına uduzub. 

Edi-Ezmi tandemi kişi badmintonçuların qoşa yarışında da hamıdan güclü olub. Təmsilçilərimiz finalda CAR-dan Jarred Elliot – Şon Nun cütünü üstələtib.

Həmin kateqoriyadan