CAR evdə Seneqala uduzdu, “Qarabağ”ın hücumçusu seyrçi qaldı

DÇ-2018-in seçmə mərhələsinin Afrika zonası üzrə 5-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, “Qarabağ”ın hücumçusu Dino Ndlovunun çəxəş etdiyi CAR millisi doğma meydanda Seneqalla qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə bitib.

“Köhlən atlı” bu matçın iştirakçısı olmayıb. O, mübarizəni sonadək ehtiyat oyunçular skamyasından izləyib. Cənubi afrikalılar Seneqal, Burkino Faso və Kape Verdenin yer aldığı “D” qrupunda 4 xalla sonuncu pillədə qərarlaşıb.

Həmin kateqoriyadan