Cavanşir Qurbanov: Bu il də nəticələrimiz ürəkaçan oldu

Bu gün Güləş federasiyası «Topqapı» restoranında mövsümün yekunları ilə bağlı tədbir keçirdi. Allsport.az saytı xəbər verir ki, yığıncaqda AGF  nümayəndələri, məşqçilər, idmançılar, yerli referilər, eləcə də ölkə çempionatını idarə etmiş əcnəbi hakimlər və KİV əməkdaşları iştirak etdilər.

Tədbirdə müxtəlif nominasiyalarda ilin qalibləri bəlli oldu. Sərbəçt güləş üzrə «ən yaxşı məşqçi» adını gənclər millisində çalışan Əsgərxan Novruzov qazandı. Ona mükafatı AGF-in vitse-prezidenti Cavanşir Qurbanov təqdim etdi. Mütəxəssis çıxışında bunları dedi:

«Azərbaycan güləşi durmadan inkişaf edir. Milli komandalarda hər çəkidən birinci olmaq uğrunda gərgin rəqabət gedir. Bu bizləri çox sevindirir. Güləşçilərimiz hər il olduğu kimi, bu il də uğurlu nəticə göstərdilər.  Regionlarda inkişaf davam etməkdədir. Əminəm ki, pəhləvanlarımız ilk Avropa Oyunlarında da öz sözlərini deyəcəklər».

Foto: AGF

Həmin kateqoriyadan