“Cavid Dadaşov çox inadkar idmançıdır”

“Baku Fires” klubunun baş məşqçisi Nuripaşa Talibov “Caciques Venezuela” komandası ilə görüşdən sonra (5:0) bu matç barədə fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, dağıstanlı mütəxəssis, komandamızdan debüt edən Cavid Dadaşovun (49 kq) şəninə tərif söyləyib:

“Onun döyüşü xoşuma gəldi. Dayanmadan rəqibin üzərinə gedir, çox inadkar idmançıdır. Öz üzərində işləsə, yaxşı nəticələr əldə edə bilər. Əlimizdən gələni edəcəyik ki, Dadaşov Azərbaycan boksuna gələcəkdə çox xeyir versin.

Abdulqadir Abdullayevə gəlincə isə, istəmirdik ki, onun döyüşü vaxtından əvvəl başa çatsın. Amma iş belə gətirdi. Qarşılaşma gərgin başladı, amma Abdullayev qısa vaxt ərzində məsələni həll etdi”.

Həmin kateqoriyadan