Cavid Hüseynov: Bundan sonra xal itirməməliyik

Bu gün premyer liqanın 11-ci turunda «Qəbələ» öz meydanında «Səbail»i üstələdi (2:0). Qalib klubun yarımmüdafiəçisi Cavid Hüseynovun allsport.az saytına qələbə şərhi belə oldu:

«Komandamız liderlər qrupunda yer alıb. Məqsədimiz çempion olmaqdır. Əvvəlki turlarda xal itirdik. Bundan sonra itkisiz irəliləməliyik. Çünki itirilən xallar sonda çempionluğa əngəl olur. Bu üzdən hər oyuna qələbə üçün çıxacağıq».

Həmin kateqoriyadan