Cavid Hüseynov “Zirə”də

“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib. Allsport.az saytı xəbər verir ki, paytaxt klubu “Qəbələ”nin kapitanı Cavid Hüseynovla anlaşıb.

31 yaşlı yarımmüdafiəçi ilə 2-illik müqavilə bağlanılıb. O, indiyədək “Turan”, MOİK, “Olimpik”, “İnter”, “Neftçi”, “Adana Demirspor” (Türkiyə), “Bakı” və “Qəbələ”də çıxış edib.

Cavid Azərbaycan yığmasında 52 oyunda 2 dəfə fərqlənib.

Həmin kateqoriyadan