Cavid İmamverdiyev üçün 58 dəqiqə

Türkiyə PTT 1-ci liqasında 17-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cavid İmamverdiyevin komandası – “Elazığspor” da növbəti matçına çıxıb.

Futbolçumuzun komandası səfərdə “Antalyaspor”la qarşılaşıb. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb. Start heyətdə meydana çıxan İmamverdiyev 58-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Elazığspor” hazırda 23 xalla 10-cu pillədə qərarlaşıb.

Həmin kateqoriyadan