Cavid Tağıyev: «Xəzər Lənkəran»ın müdafiəsində boşluqlar vardı

Premyer Liqanın 17-ci turunda «Qarabağ» klubu çətin səfər qarşılaşmasında «Xəzər Lənkəran»a 3:2 hesabı ilə qalib gəldi. Görüşdən sonra qonaqların yarımmüdafiəçisi Cavid Tağıyev allsport.az saytına açıqlama verdi. Gənc futbolçu bildirdi ki, qələbəni qazanmaqda haqq ediblər:

«Qalib gəlmək üçün çox çalışdıq. Daim rəqibin müdafiəsində boşluqlar axtardıq. Hamımız əziyyət çəkdik. Bacardığımız oyunu ortaya qoyub, istədiyimiz qolları vurduq».

Həmin kateqoriyadan