Cavid və komandası 6 qolluq darmadağına sevindi

Türkiyə PTT 1-ci Liqasında 21-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cavid İmamverdiyevin komandası – “Elazığspor” da növbəti matçına çıxıb.

Həmyerlimizin klubu səfərdə “Orduspor”un qonağı olub. Cavidin komandası 6:1 hesabıyla qalib gəlib. Start heyətdə meydana çıxan İmamverdiyev isə 90 dəqiqə mübarizə aparıb.

Qeyd edək ki, “Elazığspor” hazırda 27 xalla 10-cu pillədə qərarlaşıb.

Həmin kateqoriyadan