“Çelsi” azarkeşlərin Azərbaycana səfər xərcini özü ödəyəcək

Londonun “Çelsi” futbol klubu ingiltərəli azarkeşlərin təyyarə ilə Azərbaycana gəlib-qayıtma xərcinin ödənilməsi üçün vəsait ayıracaq.

Allsport.az saytı xəbər verir ki, “zadəganlar” çempionlar liqasında “Qarabağ”a qarşı matçda bu klubu dəstəkləmək məqsədi ilə Bakıya gəlmək arzusunda olan hər fanat üçün 359 funt sterlinq ayıracaq.

Bu məbləğə Londondan Bakıya və geriyə uçuş haqqı, həmçinin Azərbaycan paytaxtındakı dörd ulduzlu oteldə bir sutka qalmaq xərci daxildir. Xatırladaq ki, həmin matç noyabrın 22-də keçiriləcək.

Həmin kateqoriyadan