“Çelsi”nin “Qarabağ” azarkeşlərinə göndərdiyi biletlərin hamısı satılıb

“Qarabağ”ın İngiltərənin “Çelsi” klubuna qarşı çempionlar liqasının qrupunun ilk turu üçün Bakıya göndərilmiş biletlərin hamısı satılıb. Allsport.az saytı xəbər verir ki, Londonda bilet əldə etmək istəyən azarkeşlərimizə sentyabrın 11-də satış həyata keçiriləcək.

Məkan haqqında növbəti günlərdə ətraflı məlumat veriləcək. Biletlərin qiymətlərinə gəlincə, “first class” 75 funt sterlinq, azarkeş sektoru isə 35 funt sterlinqdi. Londonda Ağdam klubunun forma, şarf və papaqlarının satışı da təşkil olunacaq.

Qeyd edək ki, sentyabrın 12-də keçiriləcək “Çelsi” – “Qarabağ” oyunu saat 22:45-də başlayacaq.

Həmin kateqoriyadan