“Çempionatın əvvəlində nə qədər öndə olsan da, sonda nə olacağı bilinmir”

Premyer liqanın 7-ci turunda “Qarabağ” öz meydanında “Sabaha 2:0 qalıb gəldi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında ev sahibi komandanın baş məşqçisi Qurban Qurbanov bunu söylədi:

“Yaxşı oynadıq. Adətən, avrokubok matçından sonra yerli çempionata kökləmək çətin olur. Mahir Əməlinin zədələnməsi pis oldu. Durumuna sabah tam aydınlıq gələcək.

Bütün dünyada elədir: Çempionatın əvvəlində nə qədər öndə olsan da, sonda nə olacağı bilinmir. O üzdən, boşalmamalıyıq”.

Həmin kateqoriyadan