Çempionlar liqasında qol buraxmayan 2 klubdan biri

Çempionlar liqasında ölkəmizi təmsil edən “Qarabağ” 4 oyundan sonra qapısını toxunulmaz saxlamaqla rekord edib. Allsport.az saytı xəbər verir ki, “köhlən atlılar” cari mövsümdə qol buraxmayan 2 komandadan biridir. Etibarlı müdafiə xətti ilə seçilən digər klub Serbiya “Srvena Zvezda”sıdır.

Bundan başqa, “Qarabağ”ın yeni transferi Vaqner da Silva da Azərbaycan futbolu üçün yeni göstərici müəyyənləşdirib. O, avrokubokda ardıcıl 4 oyunda qol buraxmayıb.

Qurban Qurbanovun komandası 1-ci ələmədə Sloveniya çempionu “Olimpiya” (0:0, 1:0), növbəti mərhələdə Albaniyanın “Kukesi” klubundan (0:0, 3:0) üstün olub.

 

Həmin kateqoriyadan