CEV-in baş assambleyasında ölkəmizi Cəlil Cəfərov təmsil edəcək

26-27 sentyabrda Parisdə Avropa Voleybol Konfederasiyasının 40-cı baş assambleyası keçiriləcək. Allsport.az saytı xəbər verir ki, toplantıda ölkəmizi AVF-nin baş katibi Cəlil Cəfərov təmsil edəcək.

Yığıncaqda CEV-in 2019-cu il mövsümünün maliyyə hesabatı təqdim olunacaq daha sonra voleybolun avropada daha geniş formada yayılmasına dair müzakirələr aparılacaq, müvafiq qərarlar qəbul olunacaq.

Eyni zamanda, assamblyeda Şərqi Avropa Voleybol Assosasiasının iclası keçiriləcək. Toplantıda çimərlik voleybol, qar üstü voleybol və gənc komandalar arasında keçiriləcək turnirlərlə bağlı müzakirilər aparılacaq.

Həmin kateqoriyadan