CEV orta məktəblərdə voleybolun təbliğı üçün məşqçi-müəllimlərimizə seminar keçirəcək

26 yanvar – 5 fevralda ölkəmizdə ilk dəfə olaraq Avropa Voleybol Konfederasiyasının xətti ilə orta məktəblərdə 8-10 yaşlı qız və oğlan uşaqlarına voleybolun təbliğı üçün, məşqçi müəllimlərə seminar keçiriləcək.

Bakıda və Göygöldə keçiriləcək toplantını CEV tərəfindən göndərilən mütəxəssislər aparacaqdır. Ölkəmizdən bu seminarda Bakı və  Gəncə-Göygöl şəhər məktəblərindən hər birindən 30 –a yaxın müəllim iştirak edəcəkdir. Sonda bütün iştirakçılara beynəlxalq sertifikat veriləcək.

Həmin kateqoriyadan