Çex çimərlik futbolçularına uduzduq

Bu gün çimərlik futbolu üzrə Dünya Kuboku-2017-nin Avropa komandaları arasında seçməsinin 2-ci mərhələsində Azərbaycan millisi növbəti oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, İtaliyanın Yezolo şəhərində təşkil olunan yarışda yığmamız 5-8-ci yerlər uğrunda matçda Çex Respublikası ilə qarşılaşıb.

Oyun millimizin 3:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Komandamızın heyətində Amid Nəzərov, Asif Zeynalov və Əbdül Əliyev fərqləniblər.

Xatırladaq ki, Azərbaycan yığması bu turnirdəki əvvəlki oyunlarında Fransa (2:3), Macarıstan (7:3), Bolqarıstan (4:1), İspaniya (3:2), İsveçrə (6:7) və Türkiyə (3:1) ilə qarşılaşmışdı.

Həmin kateqoriyadan