Ceymi Çedvik “İlin qadın idmançısı” mükafatını qazanacaqmı?

Formula üzrə qadın çempionatında titul qazanan britaniyalı sürücü Ceymi Çedvik “Sandey Tayms” qəzetinin versiyasına görə “İlin qadın idmançısı” nüfuzlu mükafatının finalçıları sırasına daxil edilib.

Allsport.az saytı xəbər verir ki, artıq 32-ci dəfə təqdim ediləcək mükafat idman sahəsinə gözəl nailiyyətlər bəxş edən zərif cinsin nümayəndələrinə veriləcək. Mükafatçılar həm idmançı, həm məşqçi, həm də yarışların təşkilatçıları, hətta bütöv komandalar da ola bilər.

5 kateqoriyanın hər birindən qaliblər onlayn səsvermə nəticəsində müəyyən edilir, səsvermədə arzulayan hər kəs iştirak edə bilər.

İctimai səsvermə bir ay ərzində davam edəcək və noyabrın 18-i gecə başa çatacaq. Qaliblər noyabrın 21-nə təyin edilən təntənəli mərasimdə mükafatlandırılacaqlar.

Həmin kateqoriyadan