Cihan Özqara oynamadı, komandası uduzdu

Futbol üzrə Türkiyə Super Liqasında 14-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Cihan Özqaranın komandası – “Sivasspor” da növbəti matçına çıxıb.

Sözügedən komanda öz meydanında “İstanbul Başağşəhər”lə qarşılaşıb. Qarşılaşma sivaslıların 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Özkara bu oyunda meydana çıxmayıb.

Qeyd edək ki, Özqaranın komandası 10 xalla 17-ci yerdə gedir.

Həmin kateqoriyadan