Çimərlik futbolçularımız Türkiyə millisini də üstələyib

Çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017-nin Avropa komandaları arasında ələməsinin 2-ci mərhələsində Azərbaycan millisi 3-cü oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, komandamız Türkiyə yığmasını 3:1 hesabı ilə üstələyib.

Bizdən qollarını Vaqif Şirinbəyov, Asif Zeynalov və Əbdül Əliyev vurublar. Əvvəlki matçlarda İspaniyaya 4:2 hesabıyla qalib gələn millimiz, İsveçrəyə 6:7 hesabıyla uduzub.

Həmin kateqoriyadan