Çimərlik voleybolu üzrə ilk açıq ölkə kubokunun qalibləri müəyyənləşib

Avropa oyunları parkının çimərlik arenasında çimərlik voleybolu üzrə ilk açıq ölkə kuboku keçirilib.

Allsport.az saytı xəbər verir ki, kişilərdə 22, qadınlarda 14 komanda mübarizə aparıb. Gərgin mübarizədə Vüqar Bayramov və Ülvi Rəcəbli, eləcə də Viktoriya Ağakişiyeva və Zinaida Lübimovadan ibarət cütlük qalib gəliblər.

Gələn ayın sonlarında həm yeniyetmələr, həm də böyüklər arasında ölkə çempionatının final mərhələsi keçiriləcək.

Həmin kateqoriyadan