Çimərlik voleybolunda “İl Azero” qalib olub

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə çimərlik voleybolu üzrə yarışın qalibləri bilinib.

Allsport.az saytı xəbər verir ki, su idmanı sarayının təşkilatçılığı ilə olimpiya sistemi üzrə keçirilən rəqabətdə 17 kişi, 6 qadın komandası qüvvəsini sınayıb.

Xanımların mübarizəsində “İl Azero” çempion tituluna yiyələnib. UNEC 2-ci, TİsA 3-cü yerə çıxıb.

Kişilərdə “Taleh AT” qalib olub. Gümüş və bürünc medalları “Neftçi” və “Neftçi-2” komandaları qazanıblar.

Həmin kateqoriyadan