Çingiz Allazov dünya mükafat yarışında kəmərə yiyələnib

Yaponiyanın Saytama şəhərində keçirilən K-1 üzrə dünya qran-prisində Çingiz Allazov ardıcıl 3 qələbə ilə çempion olub. Allsport.az saytı xəbər verir ki, kikboksçumuz 1/4 finalda ev sahibi Xiroki Nakadjimanı 2-ci raundda nokautla edib.

Növbəti döyüşündə idmançımız “Mike’s Gym” klubunu təmsil edən Yordan Pikeri 3-cü dəqiqədə nokautla məğlub edib. Həmyerimiz finalda digər yaponiya Sanni Daxlbeki üzərində qələbə qazanıb və yarışın ən yaxşı döyüşçüsünə verilən kəmərə sahib olub.

Həmin kateqoriyadan