Çingiz Hüseynzadə: 2015-ci ildə atletikada uğurumuz bol oldu

“Yola saldığımız 2015-ci il Azərbaycan idmanı, o cümlədən atletika üçün çox uğurlu olub. Ötən biz dünyada ilk dəfə olaraq, birinci Avropa Oyunlarına ev sahibliyi etdik. Fəxr edirik ki, oyunlarda atletika üzrə də yarışlar keçirildi və 2 idmançımız Bakı-2015-in çempionu oldular. Qazanılan nəticə çox böyükdür”.

Bu sözü Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə deyib. O, il ərzində yarışlarda göstərolən nailiyyətlərdə dünya universiadasını xüsusi qeyd edib. Bildirib ki, Azərbaycan yığma komandası universiadada iki qızıl və bir bürünc medal qazanaraq 23-cü yeri tutub. Çox şadıq ki, həmin iki qızıl medalı məhz atletlərimiz qazanıblar. Onlar Azərbaycanın ümumi komanda hesabında 23-cü yerə çıxmasında mühüm rol oynayıblar.

Atletlərimizin il ərzində bir neçə mühüm yarışda yeni rekord müəyyənləşdirdiklərini də diqqətə çatdıran Federasiya prezidenti deyib ki, gənc idmançımız Nazim Babayev Avropa çempionatlarının 32 illik rekordunu parlaq nəticə ilə yeniləməklə yanaşı, Olimpiya Oyunlarına da lisenziyanı təmin edib. Yeniyetmələr, gənclər, böyüklərin yarışlarında da idmançılarımız bir neçə rekordu yeniləyiblər.

Çinğiz Hüseynzadə atletlərimizin 2016-cı ildə Rio-de-Janeyro Olimpiya və 2017-ci ildə İslam Həmrəylik oyunlarında da yüksək nəticələr göstərəcəklərinə əminliyini bildirib.

Həmin kateqoriyadan