Çingiz Hüseynzadə Avropa Olimpiya Komitəsinin icraiyyə komitəsinin iclasına qatılacaq

24-25 yanvarda İsveçrənin Lozanna şəhərində Avropa Olimpiya Komitəsinin icraiyyə komitəsinin iclası keçiriləcək. Allsport.az saytı xəbər verir ki, toplantıya milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qatılacaq.

Həmçinin, tədbir çərçivəsində AOK-un prezidenti Janez Koçijançiç, baş katib Rafael Paqnozzi adı çəkilən təşkilatın hesabatı ilə çıxış edəcəklər. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın iclasda iştirakı gözlənilir.

Tədbir çərçivəsində Bakı-2019 Avropa gənclər olimpiya festivalı və Minsk-2019 Avropa oyunları gündəlikdə olan məsələlər sırasındadır.

Həmin kateqoriyadan