Çingiz Hüseynzadə Avropa Olimpiya Komitəsininin toplantısına qatılacaq

23 sentyabrda Slovakiya paytaxtı Bratislavada Avropa Olimpiya Komitəsi (AOK) İcraiyyə Komitəsinin iclası keçiriləcək. Allsport.az saytı xəbər verir ki, toplantıda bizdən Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti və AOK-nin İcraiyyə Şurasının üzvü Çingiz Hüseynzadə iştirak edəcək.

Yığıncaqda bu təşkilatın baş katibi və xəzinədar tərəfindən haqqında hesabat çıxışları ediləcəkdir. Tədbir çərçivəsində komissiyaların keçirilməsi nəzərdə tutulur.

Əlavə olaraq, Avropa Oyunları və Yeniyetmələrin Avropa Olimpiya Festivalının hesabat çıxışı gündəlikdə olan məsələlər sırasındadır. 129-cu Beynəlxalq Olimpiya Komitəsinin seminarı və Rio-2016 müzakirə olunacaq.

Həmin kateqoriyadan