Çingiz Hüseynzadə geri çəkildi: Ramil Quliyevin qələbəsi ölkəmizdə atletikanın inkişafına təkan verəcək

“Azərbaycanlı idmançı Ramil Quliyevin Londonda atletika üzrə dünya çempionu olması sevindiricidir”. Allsport.az saytı xəbər verir ki, bunu Atletika federasiyasının prezidenti Çingiz Hüseynzadə mətbuat konfransında deyib. MOK-un vitse-prezidenti ölkə başçısı İlham Əliyevin həmyerlimizi tarixi qələbə münasibəti ilə təbrik etməsindən sonra geri çəkilib, triumvirin çəninə tərif deyib:

“Ramil Quliyevin dünya çempionu olması böyük hadisədir. Hamımız onu təbrik etdik. Finaldan öncə nəticələri araşdırıb proqnoz verəndə, onun medal qazanmaq şansı olduğunu görürdük. Stadionda hər dəfə elan olunurdu ki, azərbaycanlı idmançı Ramil Quliyev qaçır. Beynəlxalq Atletika Federasiyasının prezidenti də bu münasibətlə birinci olaraq Azərbaycanı təbrik etdi. Sevindirici haldır ki, Ramil qələbəsini həm Azərbaycan, həm də Türkiyə bayraqları ilə qeyd etdi. Azərbaycan prezidenti İlham Əliyev də bu uğuru münasibətilə Ramili təbrik etdi. Onun qələbəsi ölkəmizdə atletikanın inkişafına təkan verəcək, idmanın bu növünün kütləviləşməsinə imkan yaradacaq.

Xatırladaq ki, Çingiz Hüseynzadə həmyerlimizin gedişindən sonra, 2011-ci ildə verdiyi müsahibələrdə onun ünvanına sərt fikir səsləndirmiş, Ramil Quliyev fərari adlandırmışdı. Məhz AAF-nin icazə verməməsi üzündən, istedadlı qaçışçı London-2012 olimpiadasını buraxmaq məcburiyyətində qalmış, “Fənərbağça” klubunda çıxışı davam etdirərək, beynəlxalq qaydalara əsasən Türkiyə millisində çıxış etmək üçün icazə müddətini gözləmişdi.

Həmin kateqoriyadan