Con Delarj “Qarabağ”ın 2-ci heyətində ümumi ovqatı pozmur

Con Delarj “Qarabağ”ın 2-ci heyətində məşqə hamıdan tez gəlib, hamıdan gec gedən futbolçudur. Allsport.az saytının məlumatına görə, o, verilən tapşırıqları tam yerinə yetirir və kollektivdəki ümumi ab-havanı pozmur.

Bir məsələ də dəqiqdir ki, yarımmüdafiəçi sürətli şəkildə yeni iş yeri axtarışını da davam etdirir. Onun Qurban Qurbanovun gələcək planlarına daxil olmadığı dəqiqdir.

Müqavilə şərtlərini əsas gətirilərək “Qarabağ”ın 2-ci komandasına göndərilən futbolçu hazırda baş məşqçi Azər Məmmədovun rəhbərliyi altında məşq edir.

Həmin kateqoriyadan