Coşqun Əzimov Əli Əliyev turnirində qızıl medal qazandı

Rusiya Federasiyası Dağıstan Respublikasının Kaspiysk şəhərində beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir keçirilib. Allsport.az xəbər verir ki, turnirdə iştirak edən sərbəst güləş üzrə yığma komandamızın üzvləri 1 qızıl medal qazanıb.

Qızıl medalı yığmamıza 65 kq çəki dərəcəsində mübarizə aparan gənc güləşçimiz Coşqun Əzimov qazandırıb. Bütün rəqiblərindən üstün olan Coşqun həlledici görüşdə Rusiya təmsilçisi Əlibəyhacı Əmiyevə də qalib gəlib və turnirin qızıl medalına sahib olub.

Ruslan Qasımov (57 kq), Ağahüseyn Mustafayev, Qalib Əliyev (hər ikisi 61 kq) və Məhəmmədhacı Muxutov (74 kq) bürünc medal görüşündə uduzaraq turniri 5-ci sırada tamamlayıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edib.

Həmin kateqoriyadan