Çövkən komandalarımız Şəkidə, sonra Bakıda mübarizə aparacaq

17-23 dekabrda çövkən milli atüstü oyunu üzrə Prezident kuboku keçiriləcək.

Allsport.az saytı xəbər verir ki, ölkənin müxtəlif bölgələrini təmsil edən 13 komanda arasında ilk ələmə (17-20) Şəki Respublika Atçılıq Turizm Mərkəzində oynanılacaq. İlkin təsnifatın nəticəsinə əsasən 4 ən güclü kollektiv final mərhələsində iştirak etmək üçün Bakıya yollanacaq.

Həlledici Binə Atçılıq Mərkəzinin qapalı manejində keçiriləcək. Qalib komandaların üzvlərinə ARAF tərəfindən kubok və medallar təqdim ediləcək. Kubokun ümumi mükafat fondu 50 min manatdır.