Çövkən atüstü milli oyununda 24 komanda mübarizə aparacaq

Oktyabrın 16-da Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində Çövkən atüstü milli oyunu üzrə 4-cü Azərbaycan çempionatına start veriləcək. Allsport.az xəbər verir ki, çempionatda ölkənin müxtəlif bölgələrini təmsil edən 24 komanda iştirak edəcək.

Ötən il Şəki şəhərində təşkil olunan Prezident Kuboku uğrunda Milli Atüstü Oyunlar Festivalı çərçivəsində keçirilən çövkən çempionatında ilk 8 yeri tutmuş komandalar yarışa 1/8 final mərhələsindən qoşulacaqlar. Çempionatın ümumi mükafat fondu 50 000 (əlli min) manat təşkil edir.

Yarışların qrafiki belədir:

* 16 oktyabr 2015-ci il – 4 play-off oyunu;
* 17 oktyabr 2015-ci il – 4 play-off oyunu;
* 18 oktyabr 2015-ci il – 4 play-off oyunu;
* 19 oktyabr2015-ci il – 4 play-off oyunu;
* 21 oktyabr 2015-ci il – ¼ final oyunları;
* 22 oktyabr 2015-ci il – 2 yarımfinal oyunları;
* 24 oktyabr 2015-ci il 3-cü yer uğrunda və FİNAL oyunu;

Çövkən Milli Atüstü Oyunu üzrə 4-cü Azərbaycan Çempionatında iştirak edəcək komandaların siyahısı

1) “Sərhədçi”
2) “Kövsər”
3) “Ağstafa”
4) “Ağdam”
5) “Şəki”
6) “Ağcabədi”
7) “Laçın”
8) “Polad”
9) “Balakən”
10) “Zaqatala”
11) “Qax”
12) “Oğuz”
13) “İsmayıllı”
14) “Yevlax”
15) “Bərdə”
16) “Goranboy”
17) “Göygöl”
18) “Qazax”
19) “Tovuz”
20) “Daşkəsən”
21) “Qəbələ”
22) “Xaçmaz”
23) “Batabat”
24) “Elit”

“Çövkən” Atüstü Milli Oyunu üzrə 4-cü Azərbaycan Çempionatının keçirilməsində əsas məqsəd Azərbaycanın qədim atüstü milli oyunlarının geniş xalq kütlələri arasında yayılması, atçılıq idmanının və milli atçılığın inkişaf etdirilməsi, gənc nəslin təlim-tərbiyəsində milli ənənələrin və sağlam həyat tərzinin təbliğ edilməsindən ibarətdir.

Həmin kateqoriyadan