Çövkən atüstü milli oyunu üzrə 4-cü ölkə çempionatı keçiriləcək

Oktyabrın 16-da Binə Atçılıq Mərkəzinin qapalı manejində Çövkən atüstü milli oyunu üzrə 4-cü Azərbaycan çempionatına start veriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən 24 komanda iştirak edəcək.

17-22 dekabrda Şəki şəhərində təşkil olunan Prezident kuboku uğrunda Milli Atüstü Oyunlar Festivalı çərçivəsində keçirilən Çövkən çempionatında ilk 8 yeri tutmuş komandalar yarışa 1/8 final mərhələsindən qoşulacaqlar. Yarışın ümumi mükafat fondu 50 000 (əlli min) manat təşkil edir. Yarışların qrafiki belədir:

* 16 oktyabr 2015-ci il – 4 pley-off oyunu;
* 17 oktyabr 2015-ci il – 4 pley-off oyunu;
* 18 oktyabr 2015-ci il – 4 pley-off oyunu;
* 19 oktyabr2015-ci il – 4 pley-off oyunu;
* 21 oktyabr 2015-ci il – 1/4 final oyunları;
* 22 oktyabr 2015-ci il – 2 yarımfinal oyunları;
* 24 oktyabr 2015-ci il 3-cü yer uğrunda və FİNAL oyunu;

Çövkən Milli Atüstü Oyunu üzrə 4-cü Azərbaycan çempionatında iştirak edəcək komandaların siyahısı:

1) “Sərhədçi”
2) “Kövsər”
3) “Ağstafa”
4) “Ağdam”
5) “Şəki”
6) “Ağcabədi”
7) “Laçın”
8) “Polad”
9) “Balakən”
10) “Zaqatala”
11) “Qax”
12) “Oğuz”

Həmin kateqoriyadan