Çövkən üzrə 3-cü Azərbaycan çempionatı başlayır

Sabah Bakı Dövlət Cıdır Meydanında Çövkən üzrə 3-cü Azərbaycan çempionatına start veriləcək. Allsport.az saytı xəbər verir ki, yarış 4 gün davam edəcək. Ölkə çempionatında mayda təşkil olunmuş ümummilli lider Heydər Əliyevin xatirəsinə Milli Atüstü Oyunlar Festivalı çərçivəsində keçirilmiş Çövkən yarışında ilk 8 yeri tutan komandalar iştirak edəcəklər. Ümumi mükafat fondu 50 min manat təşkil edən rəqabətdə “Sərhədçi” , “Ağcabədi” , “Polad” , “Balakən” , “Ağstafa” , “Ağdam” , “Laçın” , “Şəki” və “Kövsər” kollektivləri mübarizə aparacaqlar. Bu gün keçirilən püşaktma mərasimindən sonra yarışın təqvimi müəyyənləşib.

Qeyd edək ki, Çövkən oyununda hər komanda 5 oyunçu və 1 ehtiyat oyunçudan ibarətdir. Oyunçulardan 2-si Müdafiəçi, 3-xü isə hücumçu funksiyasını yerinə yetirir. Oyunçular yalnız milli geyimdə olmalıdır. Komandaların geyimləri müəyyən elementlərlə fərqlənməlidir. Görüş hər biri 15 dəqiqə olmaqla 2 hissədən ibarətdir. Qarşılaşmanın 1-ci yarısından sonra komandalar 10 dəqiqə istirahət edirlər. Oyun heç-heçə bitdiyi halda qalib komandanı müəyyən etmək məqsədilə görüşə hər biri 5 dəqiqə olmaqla 2 əlavə hissə, final qarşılaşmasına isə hər biri 10 dəqiqə olmaqla 2 hissə əlavə edilir. Əlavə vaxtda qalib müəyyən olunmadıqda hər komandaya 11 metrlik 5 zərbə təyin olunur. Bu halda yenə hesab heç-heçə olarsa, komandalar ilk itirilən topa qədər zərbələrin vurulmasını davam etdirirlər.

22/10/2014
12:00 – 12:40 “Kövsər” – “Ağdam”
13:00 – 13:40 “Laçın” – “Balakən”

23/10/2014
12:00 – 12:40 “Ağcabədi” – “Polad”
13:00 – 13:40 “Ağstafa” – “Sərhədçi “

24/10/2014
12:00 – 12:40 1-ci yarımfinal
13:00 – 13:40 2-ci yarımfinal

26/10/2014
12:00 – 12:40 3-cü yer uğrunda oyun
13:00 – 13:40 Final

 

Həmin kateqoriyadan