Çövkən üzrə Azərbaycan çempionatının püşkü atılır

Bu gün saat 16:00-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində Çövkən üzrə növbəti Azərbaycan çempionatının püşkatması keçiriləcək. Rekord.az xəbər verir ki, ardınca təşkil olunacaq mətbuat konfransında media nümayəndələrinin sualları cavablandırılacaq.

Xatırladaq ki, oktyabrın 16-da, saat 16:00-da Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində “Çövkən” Atüstü Milli Oyunu üzrə 4-cü Azərbaycan Çempionatına start veriləcək. Yarışda ölkəmizin müxtəlif şəhər və rayonlarını təmsil edən 24 komanda qalib adı uğrunda mübarizə aparacaq. Çempionatın ümumi mükafat fondu 50 000 (əlli min) manat təşkil edir.

Həmin kateqoriyadan