Çövkən üzrə Prezident kubokuna “Sərhədçi” sahib çıxıb

Binə atçılıq mərkəzinin qapalı manejində çövkən üzrə Prezident kubokuna yekun vurulub. Allsport.az saytı xəbər verir ki, finalda “Sərhədçi” və “Omar” komandaları üz-üzə gəliblər. İlk hissədə hesab açılmayıb. Fasilədən sonra hücumların kəsərini artıran “sərhədçilər” görüşün bitməsinə 3 dəqiqə qalmış hesabı açıblar. Tərlan Qurbanəliyev matçın yeganə qolunu vurub.

“Polad” bürünc medallar uğrunda görüşdə “Buta Golden”i 5:1 üstələyib. Sonda qaliblərə mükafatlar təqdim olunub. Ən çox tol vuran “Sərhədçi”nin kapitanı Elçin Camallı, ən yaxşı oyunçusu Tərlan Qurbanəliyev olub.

ARAF-in prezidenti Elçin Quliyev fəxri kürsüdə yer alan komandaların üzvlərinə kubok və medalları təqdim edib.

Həmin kateqoriyadan