“Croatia open”də 5 medal qazanan taekvondo millimiz komanda hesabında 1-ci olub

Zaqrebdə ənənəvi “Croatia open” beynəlxalq turnirinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, G1 kateqoriyalı yarışda kişilərdən ibarət millimiz 7 idmançı ilə təmsil olunub.

Zaqreb şəhərinin “Arena Zaqreb” idman kompleksində keçirilən və sayca 22-ci olan açıq turnirdə baş məşqçi Rza Mehmandost və böyük məşqçi Elnur Amanovun rəhbərliyi ilə Rio-2016-nın bürünc mükafatçısı Milad Beigi Hərçəqani fəxri kürsün ən yüksək pilləsinə qalxıb.

Məhəmməd Məmmədov (63 kq), Səid Quliyev (74 kq), Sina Bəhrami (68 kq) və Payam Qobadi Oğaz (87 kq) yarımfinal mərhələyədək inamla irəliləsə də, finala vəsiqə uğrunda qarşılaşdığı rəqiblər keçilməz olub.

Ayxan Tağızadə (68 kq) Jure Pantar (9-1), Vasileios Gaitanisi (13:2) üstələsə də Məhəmməd Ketbi ilə mübarizədən məğlub ayrılıb. Zədələr səbəbindən uzun müddət yarışlara qatıla bilməyən Ramin Əzizov (87 kq) özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Belə ki, Daniel Abbafati (16:4), Pablo Fernandez Eirası (6:1) məğlub edən dayanq ustası, yarımfinalda uduzub.

Dünya və Avropa çempionu, dünya kubokunun sahibi, Rio-2016-nın qalibi Radik İsaev (+87) Xorvatiya yollansa da, zədə səbəbindən yarışa qatıla bilməyib. Qeyd edək ki, kişilərdən ibarət milli komandamız 5 medalla komanda hesabında ilk pilləyə sahib olub.

Həmin kateqoriyadan