Cüdo bayramı Quzanlıya da gəldi

Cüdo federasiyasının dəstəyi ilə keçirilən yeniyetmələr arasında region birinciliyi davam edir. Allsport.az saytı xəbər verir ki, bu dəfə zona yarışı Ağdamın Quzanlı qəsəbəsində baş tutub.

Aran Qarabağ bölgə çempionatında Yevlax, Bərdə, Ağdam, Ağcabədi, Göyçay, Goranboy, Zərdab, Ucar, Xocalı, Naftalan, Beyləqan, Laçın rayonundan 200-dən çox yeniyetmə cüdoçu mübarizə aparır.

İlk gün 2004-2006-cı il təvəllüdlü cüdoçular medallar uğrunda yarışıblar. Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar, hədiyyələr təqdim olunub.

Həmin kateqoriyadan