Cüdo hakimlərimiz beynəlxalq seminarda iştirak edib

Antalyada Avropa cüdo birliyinin təşkilatçılığı ilə hakimlər və məşqçilər üçün beynəlxalq seminar keçirilib. Allsport.az saytı xəbər verir ki, tanınmış cüdo xadimlərinin, bir neçə idman təşkilatlarının rəsmi nümayəndələrinin də iştirak etdiyi yığıncaq həm nəzəri, həm də təcrübi hissədən ibarət olub.

Tədbirdə cüdonun yeni qayda və qanunlarının tədbiqi əyani şəkildə göstərilib, geniş müzakirə edilib, fikir mübadilələri aparılıb.
Beynəlxalq seminarda bizdən ACF-in hakimlər komitəsinin sədri Mətin Rəhimli və “A” kateqoriyalı referi Fariz Hüseynov iştirak ediblər.

Həmin kateqoriyadan