Cüdo hakimlərimiz üçün toplantı

Bakı olimpiya stadionunda cüdo hakimlərinin toplanışı olub. Allsport.az saytı xəbər verir ki, referilər əvvəlcə fiziki hazırlıq üzrə normativləri yerinə yetiriblər.

Sonra millinin təlim-məşq bazasında respublika yarışları zamanı yaşanan problemlər təhlil olunub və onların aradan qaldırılması üçün fikir mübadiləsi aparılıb.

Ölkə çempionatlarından hazırlanan, eləcə də İJF-in təqdim etdiyi videomateriallar izlənilib, hakim səhvlərinin analizi aparılıb.

Həmin kateqoriyadan