Cudo millimiz Antalyaya mükafat yarışına

6-8 apreldə Antalyada cüdoçuların qran-prisi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda 52 ölkədən 344 kimono ustası çıxış edəcək. Bu sınaqda milimiz də qvvəsini sınayacaq.

Türkiyəyə yollanacaq heyətdə Mehman Sadiqov, Tofiq Məmmədov (hər ikisi – 60 kq), Nicat Şıxəlizadə (66 kq), Hidayət Heydərov, Telman Vəliyev (73 kq), Məmmədəli Mehdiyev, Tural Safquliyev (90 kq), Zəlim Kotsoyev (100 kq) və Şahin Qəhrəmanov (+100 kq) yer alacaqlar.

Qadınlarda Leyla Əliyeva, Erdenabat Bazarakça (48 kq), Buyankişiq Purevsuren (52 kq) mübarizə aparacaqlar. Qeyd edək ki, mükafat yarışında ilk yeri tutan 700, gümüş mükafatçı 490, 3-ci sıraya çıxanlar 350, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 252 və 182 əmsal xalı qazanırlar.

 

Həmin kateqoriyadan