Cüdo millimiz bu dünya çempionatında dövrünün ən çox medalını yerli baş məşqçi ilə qazanıb

Macarıstan paytaxtı Budapeştdə keçirilən dünya çempionatı qənimət baxımından millimiz üçün uğurlu olub. Allsport.az saytının statistika şöbəsinin məlumatına görə, 2 gümüş və 1 bürünc medal qazanan Fərhad Məmmədovun komandası mükafat sayında rekord edib. İndiyədək ən yaxşı halda, 2 dəfə fərqlənmişik.

Xatırladaq ki, Dunay sahilində Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq) 2-si və Elmar Qasımov (100 kq) 3-cü olub; qadınlarda İrina Kindzerska (+78 kq) bürünc medala yetişib.

Ən yüksək nəticəmiz isə, 2013-cü ildə Braziliyanın Rio-de-Ja­ney­ro şəhərində keçirilmiş planetin ən güclülərinin yarışıdır. Həmin mücadilədə El­xan Məm­mə­dov (100 kq) Azərbaycana ilk dünya çempionluğunu qazandırıb. O zaman Orxan Səfərov (60 kq) 3-cü olmuşdu.

Həmin kateqoriyadan