FOTO
Cüdo millimiz komanda yoldaşının ad gününü qeyd edib

Xəbər verdiyimiz kimi, cüdoçulardan ibarət millimiz İsmayıllıda təlim-məşq toplanışındadır. Allsport.az saytı xəbər verir ki, Hacıağa Hacıəhmədovun rəhbərlik etdiyi kollektiv ayın 25-nə qədər şimal bölgəsində hazırlaşacaq.

Məşqlərin gedişində yığmanın üzvləri komanda yoldaşları Tural Safquliyevin (81 kq) ad gününü təbrik etməyi unutmayıblar. Yanvarın 14-də tək bu cüdoçumuz xoş anlar yaşamayıb.

Millimizin məşqçisi Fərhad Məmmədov da doğum gününü qeyd edib. Gənclərimiz onun başçılığı ilə dünya və Avropa birinciliklərində uğurlu nəticələr qazanıblar.

315 4

Həmin kateqoriyadan